İranda əxlaq polisi ləğv edilə bilər

İran parlamenti əxlaq polisinini ləğv etməyi planlaşdırır. Bu barədə İran parlamentinin spikeri Məhəmməd Baqer Qalibaf “X” hesabında qeyd edib.
Bildirilib ki, qanunun nə vaxt qəbul olunması hələlik bəlli deyil.
"Yeni qanunda əxlaq polisi tamamilə ləğv edilib. Lakin hökumətin digər sahələrdə həll edilməli olan bəzi problemləri var", - paylaşımda bildirili.
İranın cinayət məcəlləsində artıq hicab taxmaq qaydalarını pozanlara görə cəza nəzərdə tutulub. Ehtimal olunur ki, yeni qanun cəzaların dairəsini əhəmiyyətli dərəcədə genişləndirir, xüsusən də 12 yaşdan yuxarı yeniyetmələr üçün məhdudiyyətlər tətbiq olunur.
2024-cü ilin dekabrında İranın Ali Milli Təhlükəsizlik Şurası Məclisi qanun layihəsinə baxılması prosesini dayandırmağa çağırıb.
Aytac
Son xəbərlər
Daha çox 