Aİ son iki ildə ilk dəfə olaraq Rusiyadan qaz idxalını artırır

Son iki ildə Aİ ilk dəfə olaraq Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) idxalını artırıb. Təkcə yanvarda Rusiya Aİ-yə 1 milyard avrodan çox LNG tədarük edib.
Eurostatın məlumatına görə, Aİ yanvarda Rusiya təbii qazının idxalını dekabr ayı ilə müqayisədə 17% artıraraq 1,074 milyard avroya çatdırıb. Bu, 2023-cü ilin yanvarından bəri ən yüksək alış səviyyəsidir.
Fransa 455,2 milyon avro dəyərində qaz alıb ki, bu da əvvəlki ayla müqayisədə 13% çoxdur və ümumi alışın demək olar ki, yarısını təşkil edir.
İkinci yerdə 261,5 milyon avro idxalla İspaniya qərarlaşıb ki, bu da 31,5% çoxdur.
İlk üçlüyü 256,7 milyon avro ilə Belçika tamamlayır ki, bu da dekabrın göstəricisindən 1,9 dəfə çoxdur.
Hollandiya da bir ay əvvəl 98,5 milyon avrodan 100 milyon avro dəyərində qaz əldə edərək böyük bir alış etdi.
Yanvarda İtaliya və Portuqaliya Rusiya qazını idxal etməyib.
Gülnar