İstanbulda bütün tədbirlər qadağan edilib

İstanbulda dörd gün ərzində istənilən nümayiş və mətbuata açıqlamalar qadağan edilib. Bu barədə İstanbul Valiliyi qərar verib.
Məlumata görə, bu gündən başlayaraq martın 23-nə qədər tədbirlərin qadağan edilməsində məqsəd hər hansı təxribat xarakterli hərəkətlərin qarşısının alınmasıdır.
Həmçinin Taksim” stansiyası da daxil olmaqla, bir neçə metro stansiyasının fəaliyyəti müvəqqəti dayandırılıb.
Aytac