• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Dünyanın ilk üç xoşbəxt ölkəsi seçilib

Dünyanın ilk üç xoşbəxt ölkəsi seçilib
20.03.2025 16:48

Dünyanın ən xoşbəxt ölkəsinin adı məlum olub.

Finlandiya artıq səkkizinci ildir ki, ən xoşbəxt ölkə seçilir.

Bu qiymətləndirmə BMT-nin sifarişi ilə ekspertlər qrupu tərəfindən hazırlanan illik Dünya Xoşbəxtlik Hesabatında öz əksini tapıb.

İlk üçlüyə Danimarka və İslandiya da daxil olub.

Rusiya ötənilki hesabatdan 6 pillə irəliləyərək 66-cı yerdə qərarlaşıb.

ABŞ 24-cü, Ukrayna 111-ci yerdədi.

Əfqanıstan 147 ölkə arasında sonuncu yerdə qərarlaşıb.

Dünya Xoşbəxtlik Hesabatı 2012-ci ildən BMT Baş Assambleyasının təşəbbüsü ilə dərc olunur. Onun hazırlanmasında Gallup sorğu xidməti və Oksford Rifahın Öyrənilməsi Mərkəzi iştirak edir.

Tədqiqatçılar reytinq tərtib edərkən adambaşına düşən ÜDM, sosial dəstəyin səviyyəsi, gözlənilən ömür uzunluğu, vətəndaş azadlıqlarına riayət olunması, məşğulluq təminatı, korrupsiyanın səviyyəsi və s. kimi göstəriciləri nəzərə alırlar. Əsas kimi üç il ərzində toplanmış orta göstəricilər götürülür.

Reytinqin dərci martın 20-də qeyd olunan Beynəlxalq Xoşbəxtlik Gününə təsadüf edir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Dünya 09:00
Olimpiya məşəli noyabrın 26-da Yunanıstanda alovlandırılacaq
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Dünya 08:50
Zelenski ilə Tramp arasında telefon danışığı baş tutub
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Dünya 19:51
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol