• $ 1.7
  • € 1.9286
  • ₽ 0.020859
  • ₺ 0.044
  • £ 2.2683

Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər

Ərdoğan: Dörd gündür xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər
22.03.2025 23:30

Müxalifət nə edirsə etsin, biz heç vaxt sağlam düşüncədən, səbirdən, sakitlikdən əl çəkməyəcəyik.

"Report" xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AKP-nin İstanbul təşkilatının iftar proqamında çıxışı zamanı deyib.

"Bələdiyyələrimiz korrupsiyanın, ədalətsizliyin tərəfində olmayacaq, onlar nəyin doğru, nəyin halal, nəyin haram olduğunu bilə-bilə xalqına xidmət edəcək. Dörd gündür (müxalifət-red) xalqı bir-birinə qarşı qoymaq üçün əllərindən gələni edirlər", - Ərdoğan bildirib.

Türkiyə lideri qeyd edib ki, müxalifət öz strukturunu zəhərli sarmaşıq kimi sarmış soyğunçulardan təmizləməyincə, nə siyasi nüfuzunu, nə də siyasi kimliyini geri qaytara biləcək.

"Siyasət və ədalətin küçə terroru ilə idarə olunduğu günlər köhnə Türkiyə ilə birlikdə geridə qaldı. Əgər cəsarətin varsa, qoy demokratiya işləsin, qoy qanun işləsin. Məhkəmələr heç bir təzyiqə məruz qalmadan türk xalqı adına qərar versin. Türkiyədə heç kim qanun çərçivəsindən kənarda deyil", - Ərdoğan vurğulayıb

Oxşar xəbərlər
Oxşar xəbərlər
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Dünya 23:13
Almaniyada fövqəladə vəziyyət rejimi tətbiq edilə bilər
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Dünya 22:43
Türkiyədə 126 nəfər toyuq ətindən zəhərlənib
Meksika körfəzinin adı dəyişdirilir
Dünya 22:12
Meksika körfəzinin adı dəyişdirilir
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
Dünya 21:50
Estoniya Gürcüstan üçün vizasız rejimi ləğv edib
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Dünya 21:40
ABŞ Britaniya avtomobillərinə rüsumları azaldacaq
Yeni Roma Papası seçilib - Yenilənib
Dünya 21:26
Yeni Roma Papası seçilib - Yenilənib
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Dünya 19:51
Naməlum şəxs Kiyevdə insanlara atəş açıb,ölənlər var
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Dünya 18:57
Putin və Si Cinpinin danışıqları 7 saatdan çox davam edib
Aİ Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayıracaq
Dünya 18:36
Aİ Ukraynaya silah istehsalı üçün 1 milyard avro ayıracaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol