Türkiyənin hakim partiyasının rəsmisi yol qəzasında ölüb

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AK Parti) Bolu əyaləti Gerede rayon təşkilatının sədri Mehmet Çongar yol qəzasında ölüb.
Bu barədə məlumatı “TRT Haber” yayıb.
Bildirilib ki, AK Parti rayon təşkilatının sədrinin idarə etdiyi avtomobil Bolu istiqamətində hərəkətdə olarkən arxadan yük avtomobilinə (TIR) çırpılıb.
Onun üçün Gerede Yeni Məsciddə dəfn mərasimi təşkil edilib. Mərasimə əyalət valisi, Boludan olan millət vəkili və digər rəsmilər qatılıb.
Son xəbərlər
Daha çox 