Putin Kim Çen Inı təltif edib

Şimali Koreya lideri Kim Çen In Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə “1941-1945-ci illər Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi” yubiley medalı ilə təltif edilib.Bu barədə Rusiyanın Pxenyandakı səfirliyi məlumat yayıb.
Rusiya səfiri Aleksandr Matseqora medalı KXDR Ali Xalq Məclisi Rəyasət Heyətinin sədr müavini Kanq Yun Seoka təqdim edib. Diplomatik missiya qeyd edib ki, bu mükafat müttəfiq dövlətlər arasında hərtərəfli strateji tərəfdaşlığın yüksək səviyyəsinin təsdiqidir.