• $ 1.7
  • € 1.8582
  • ₽ 2.0804
  • ₺ 0.0463
  • £ 2.208

USAID-in bütün əməkdaşları sentyabrın 30-na qədər işdən çıxarılacaq

USAID-in bütün əməkdaşları sentyabrın 30-na qədər işdən çıxarılacaq
28.03.2025 23:10

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) bütün əməkdaşları sentyabrın 30-dək işdən çıxarılacaq.Bu barədə  “Reuters” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, USAID-in bütün xaricdəki nümayəndəlikləri 2025-ci maliyyə ilində bağlanacaq (ölkədə sentyabrın 30-da başa çatır).

ABŞ Dövlət katibi Marko Rubio agentliyin yenidən təşkili ilə bağlı elan edib ki, iyulun 1-dək USAID-in bəzi funksiyaları Dövlət Departamentinə veriləcək və administrasiyanın prioritetlərinə uyğun gəlməyən digər funksiyalar dayandırılacaq.

Fevralın əvvəlində ABŞ Prezidenti Donald Tramp beynəlxalq təşkilatların maliyyələşdirilməsinə xeyli miqdarda vəsait ayıran USAID-in fəaliyyətini dayandırıb. Daha sonra Amerika administrasiyası agentlik və Dövlət Departamentinin xarici yardım müqavilələrinin 92%-ni ləğv etmək niyyətində olduğunu bəyan edib. Bu da dövlət büdcəsinə təxminən 60 milyard dollar qənaət etməyə imkan verib.

Martın 10-da əvvəllər USAID-in müvəqqəti rəhbəri təyin edilən Rubio, altı həftəlik araşdırmadan sonra ABŞ hökumətinin agentliyin proqramlarının 83%-ni rəsmi olaraq dayandırdığını bildirib.

Onun sözlərinə görə, ləğv edilmiş 5,2 min müqavilə çərçivəsində on milyardlarla dollar ABŞ-ın maraqlarına deyil, bəzi hallarda onun ziyanına xərclənib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Myanmada bir həftəlik milli matəm elan edilib
Dünya 13:16
Myanmada bir həftəlik milli matəm elan edilib
Almaniya prezidenti Ermənistana səfər edib
Dünya 11:10
Almaniya prezidenti Ermənistana səfər edib
Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək
Dünya 09:03
Avropanın 15 ölkəsi birgə hərbi təlim keçirəcək

İranda avtobus aşıb,ölənlər var
Dünya 23:26
İranda avtobus aşıb,ölənlər var
ABŞ Yəmənə zərbələr endirib, ölən və yaralananlar var
Dünya 21:26
ABŞ Yəmənə zərbələr endirib, ölən və yaralananlar var
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Dünya 20:16
Banqkokda zəlzələ nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb
Tonqa sahillərində güclü zəlzələ baş verib
Dünya 19:39
Tonqa sahillərində güclü zəlzələ baş verib
Tramp Putinə əsəbiləşib
Dünya 18:57
Tramp Putinə əsəbiləşib
İstanbulda aksiyalarda bugünədək 168 nəfər həbs olunub
Dünya 17:05
İstanbulda aksiyalarda bugünədək 168 nəfər həbs olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol