Britaniyada zibil qutusunda məxfi hərbi sənədlər aşkarlanıb

Böyük Britaniyanın Nyukasl şəhərinin küçələrindən birinə səpələnmiş yüzlərlə səhifəlik məxfi hərbi sənəd tapılıb.Bu barədə BBC məlumat yayıb.
Məlumata görə, yoldan keçən şəxslərdən biri yerdə kağızla dolu torbanın olduğunu və bu kağızların Müdafiə Nazirliyinə aid məxfi sənədlər olduğunu görüb.
Sənədlərdə Britaniya hərbçilərinin adları və əlaqə nömrələri, habelə onlara təhkim olunan silahlarla bağlı məlumatlar olub. Bəzi sənədlərdə isə "məxfi" yazısı qeyd olunub.
Nazirlik aşkarlanmış sənədlərin idarənin nümayəndələrinə təhvil verildiyini təsdiqləsə də, əlavə məlumat verməyib.
Son xəbərlər
Daha çox 