Aİ-nin ali nümayəndəsi Rusiyaya qarşı yeni sanksiyaların tətbiqinə çağırıb

Sanksiyalar vasitəsilə Rusiyaya təzyiqin artırılmasına ehtiyac var. Bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas “El Mundo” qəzetinə müsahibəsində deyib.
Kaya Kallas bundan öncə Almaniya, Fransa, İtaliya, Polşa, İspaniya və Böyük Britaniyanın xarici işlər nazirləri ilə birlikdə Ukrayna müharibəsi bitənədək Rusiya aktivlərinin dondurulmuş vəziyyətdə saxlanması ideyasını dəstəkləyib.
Fevralın 24-də Avopa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri Rusiyaya qarşı 16-cı sanksiyalar paketini təsdiq edəcəklər.
Daha əvvəl yeni məhdudiyyətlər paketi çərçivəsində Rusiyanın ən azı 48 fiziki və 35 hüquqi şəxsinin sanksiyalar siyahısına daxil ediləcəyi bildirilmişdi.
Hüquqi şəxslərə qarşı sanksiyalara onların Aİ-dəki aktivlərinin dondurulması daxildir. Fiziki şəxslərin ittifaq dövlətlərinin ərazisinə girişinə qadağa qoyulacaq. Rusiyanın "kölgə donanması"na daxil olan 73 gəmiyə də sanksiyalar tətbiq ediləcək.
Aytac Zeynalova