Alimlər şirin suyun əhəmiyyətli dərəcədə azaldığını aşkar ediblər

Melburn Universitetinin tədqiqatçıları və onların həmkarları quruda və yeraltında şirin suyun həcmində əhəmiyyətli dərəcədə azalma aşkar ediblər.
Onların “Science” jurnalında dərc olunmuş araşdırmasına görə, qlobal istiləşmə torpaqda, göllərdə, çaylarda və qar örtüyündə suyun miqdarını əhəmiyyətli dərəcədə azaldıb ki, bu da kənd təsərrüfatı və dəniz səviyyəsinin qalxması üçün geri dönməz nəticələrə səbəb ola bilər.
The Insider-in məlumatına görə, bu elmi iş göstərir ki, son 20 ildə Yer kürəsində torpaq rütubəti 2000 giqatondan çox azalıb ki, bu da Qrenlandiyada 2002-ci ildən 2006-cı ilə qədər buz itkisindən iki dəfə çoxdur.
Donqriol Ryu həmçinin qeyd edir ki, onların tapıntıları daha dərin problemi ortaya qoyur: quraqlığın ardınca daşqınlara səbəb olan güclü yağışlar zamanı torpağın elastikliyi azaldığı üçün yeraltı su təchizatı hələ də bərpa olunmur.
Aytac