• $ 1.7
  • € 1.84
  • ₽ 2.0443
  • ₺ 0.0448
  • £ 2.1992

BMT İranı və ABŞ-ni dialoqa çağırıb

BMT İranı və ABŞ-ni dialoqa çağırıb
01.04.2025 23:52

BMT İranı və ABŞ-ni dialoqa çağırıb.

“Report” xəbər verir ki, bu barədə BMT Baş katibinin sözçüsü Stefan Dujarrik jurnalistlərə açıqlamasında bildirib.

Sözçü əlavə edib ki, BMT bütün tərəflərin ritorikanı azaltmasını istəyir:

“BMT nizamnaməsi üzv dövlətləri bütün mübahisələri diplomatik yollarla həll etməyə təşviq etmək baxımından çox açıqdır. Dünyanın bu regionu ilə bağlı hər kəsi gərginliyi artıran ritorikadan çəkinməyə çağırırıq. Həqiqi diplomatik dialoqa qayıtmaq mümkündür”.

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə İranı təhdid edib. Tramp ötən həftə sonu İranı bombalamaqla hədələyib. Bu təhdid, ABŞ-nin Hind okeanında yerləşən strateji bazaya B-2 “stealth” bombardmançı təyyarələrini yerləşdirməsi fonunda baş verib. Bu təyyarələr, Yaxın Şərqdəki hərbi əməliyyatlar üçün istifadə edilən bazaya yerləşdirilib.

Tramp qeyd edib ki, əgər İran Vaşinqtonla yeni nüvə sazişi bağlamasa, ABŞ onu bombalayacaq. O, martın əvvəlində İran rəhbərliyinə göndərdiyi məktubda danışıqlar üçün şərtlərini irəli sürüb və Tehranı qərar vermək üçün iki aylıq müddət çərçivəsinə salıb.

İranın ali rəhbəri Ayətullah Əli Xamenei öz növbəsində bildirib ki, əgər ABŞ Prezidenti Donald Tramp Tehranı bombalamaq təhdidini həyata keçirsə, Vaşinqton güclü zərbə alacaq.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran müharibə hazırlığına başlayıb - KİV
Dünya 23:25
İran müharibə hazırlığına başlayıb - KİV
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Dünya 23:03
Türkiyə İsraillə bağlı beynəlxalq ictimaiyyətə çağırış edib
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var
Dünya 22:51
Rusiyada təyyarə qəzaya uğrayıb, ölən var
Kaspersky və İnterpol Afrikada genişmiqyaslı əməliyyatlar aparır
Dünya 22:49
Kaspersky və İnterpol Afrikada genişmiqyaslı əməliyyatlar aparır
Pasxa bayramına qədər Ukraynada atəşkəs olmayacaq - ABŞ
Dünya 22:19
Pasxa bayramına qədər Ukraynada atəşkəs olmayacaq - ABŞ
Müharibə yaxındır - Daily Mail
Dünya 22:14
Müharibə yaxındır - Daily Mail
Gürcüstan Prezidenti “xarici agentlər haqqında” sənədi imzalayıb
Dünya 21:27
Gürcüstan Prezidenti “xarici agentlər haqqında” sənədi imzalayıb
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
Dünya 20:57
Myanmada zəlzələ nəticəsində ölənlərin sayı 3 mini keçib
Yaponiyada zəlzələ olub
Dünya 19:22
Yaponiyada zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol