Tramp Tehranın birbaşa danışıqlara hazır olduğunu deyir

ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı birbaşa danışıqlara hazır olduğuna əmindir. Bu barədə “Bloomberg” Trampın “Air Force One”dakı bəyanatına istinadən xəbər verir.
Nəşr qeyd edir ki, bu bəyanat Tehranın müvafiq danışıqları aparmağa hazır olduğunu, ancaq vasitəçilər vasitəsilə həyata keçirməyə hazır olduğunu bəyan etdikdən bir gün sonra verilib.
"Onlar (İran) vasitəçilərdən istifadə etmək istəyirdilər. Düşünürəm ki, bu, həqiqətən də lazım deyil. Onlar narahatdırlar. Düşünürəm ki, onlar özlərini həssas hiss edirlər və mən onların belə hiss etmələrini istəmirəm", - Ağ Ev rəhbəri əlavə edib.
Aprelin 2-də Britaniyanın “Daily Express” qəzeti ABŞ prezidenti Donald Tramp administrasiyasındakı mənbələrə istinadən yazıb ki , Tehran nüvə proqramı üzrə razılaşmaya razılıq verməsə və nüvə silahı üzərində işi dayandırmasa, İran “sentyabr ayına qədər yox olacaq” . Nəşrin məqaləsində qeyd olunur ki, Birləşmiş Ştatlar Yaxın Şərqdə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı xüsusi qrup yerləşdirərkən, İranın “nüvə sazişi ilə razılaşmaq üçün getdikcə daha az vaxtı var”.
Gülnar
Son xəbərlər
Daha çox 