Romada minlərlə insan Avropanın yenidən silahlanmasına etiraz edib

İtaliyanın paytaxtı Romanın mərkəzində daha ədalətli sosial siyasətin dəstəklənməsi üçün Avropanın yenidən silahlanmasına qarşı etiraz aksiyası keçirilib.
APA xəbər verir ki, "Yenidən silahlanmaya yox. Onları dayandıraq!" devizi altında keçirilən aksiyada 80 mindən çox insan iştirak edib.
Aksiya zamanı baş nazir Giorgia Meloni başda olmaqla İtaliya hökumətinin və Avropa Komissiyasını (AK) pisləyən şüarlar səsləndirilib.