Husilər ABŞ-nin aviadaşıyıcı gəmisinə hücum ediblər

Yəməndə üsyançı "Ənsar Allah" hərəkatının husiləri Qırmızı dənizin şimalında ABŞ-nin təyyarədaşıyan Harri Truman və onu müşayiət edən gəmiləri raketlər və pilotsuz uçuş aparatları (PUA) ilə vurublar.Bu barədə hərəkatın nümayəndəsi Yəhya Səriya teleqram kanalında açıqlama yayıb.
Son bir neçə saat ərzində dəniz qüvvələrinin dəstəyi ilə raket qüvvələri və pilotsuz təyyarələr Qırmızı dənizin şimalında bir sıra döyüş gəmilərini vurub.
Bundan əvvəl husilərin bir gündə üç dəfə ABŞ-nin təyyarədaşıyan Harri Truman və onu müşayiət edən gəmilərə hücum etdiyi bildirilmişdi.