ABŞ-də ilk: Bu ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv edilib

ABŞ tarixində ilk dəfə bir ölkənin vətəndaşlarına verilən bütün vizalar ləğv olunub.Bu barədə ABŞ dövlət katibi Marko Rubio məlumat verib.
Rubio Cənubi Sudan vətəndaşlarına verilən vizaların ləğvi və viza verilməsi prosedurunun da dayandırılması barədə qərar verildiyini bildirib. Buna səbəb Cənubi Sudanın keçid hökumətinin ABŞ-dan repatriasiya edilən vətəndaşlarını qəbul etməməsi olub.
Dövlət katibi Cənubi Sudan hökumətinin tam əməkdaşlığa razılıq verəcəyi təqdirdə viza qərarına yenidən baxa biləcəklərini də söyləyib.
Son xəbərlər
Daha çox 