Apple dünyanın ən dəyərli şirkəti statusunu itirib

Apple öz səhmlərinin dəyərinin 23%-ni itirərək Microsoft-a uduzub. Bu barədə CNBC nəşri yazıb.
Apple-ın səhmlərinin aşağı düşməsi onun dünyanın ən dəyərli şirkəti statusunu itirməsinə səbəb olub.
ABŞ prezidenti Donald Tramp xarici mallara gömrük rüsumları tətbiq etməzdən əvvəl hər iki şirkətin kapitallaşması 3 trilyon dolları keçib.
Çinlə sıx ticarət əlaqələri olan Apple, digər Amerika şirkətlərindən daha çox ABŞ-ın tarif siyasətindən əziyyət çəkir.
Aytac