“Amazon” Çindən gələn malların sifarişlərini ləğv edir

Amerika bazarı “Amazon” Çin və digər Asiya ölkələrindən çoxlu sayda məhsul kateqoriyası üçün sifarişləri ləğv edib.Bu barədə “Bloomberg” məlumat yayıb.
Qadağan olunmuş mallar arasında şezlonqlar, skuterlər və kondisionerlər olub.
“Amazon” nümayəndələri ləğv edilmiş sifarişlərlə bağlı şərh verməkdən imtina ediblər.
Şirkət 2024-cü il hesabatında ticarət mübahisələrini risk faktoru kimi göstərərək Çin tədarükçülərinin bazar üçün əhəmiyyətini vurğulayıb.Şirkətin səhmlərinin qiyməti 2024-cü ilin birinci rübündə 21,7 faiz ucuzlaşsa da, aprelin 9-da Amazon səhmlərinin qiyməti 0,7 faiz artıb.