İndoneziya Prezidenti Türkiyəyə səfər edib

İndoneziya Prezidenti Prabovo Subianto türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Türkiyəyə səfər edib.Bu barədə “Haber Global” xəbər verir.
Ərdoğan həmkarını hərbi hava limanında rəsmi mərasimlə qarşılayıb.
İndoneziya Prezidenti Ərdoğanla danışıqlardan əvvəl Türkiyə Böyük Millət Məclisində (TBMM) çıxış edəcək, sonra Prezidentin iqamətgahında Ərdoğanın qonağı olacaq.
İki ölkə arasında təkbətək, nümayəndə heyətləri arası görüşlərdə Türkiyə və İndoneziya arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində atılacaq addımlar müzakirə olunacaq,qlobal və regional problemlər ətrafında fikir mübadiləsi aparılacaq. Toplantıda müdafiə sənayesi, təhsil, din və təhlükəsizlik sahələrində də bir sıra sazişlər imzalanacaq.
Daha sonra iki lider birgə mətbuat konfransı keçirəcək.
İndoneziya Prezidenti aprelin 11-13-də keçiriləcək Antalya Diplomatiya Forumunda da iştirak edəcək.