Tramp lazım gələrsə, İrana qarşı hərbi güc tətbiq edəcəyini deyir

Birləşmiş Ştatlar lazım gələrsə İrana qarşı hərbi güc tətbiq etməyə hazır olacaq . Bu barədə ABŞ prezidenti Donald Tramp deyib.
Tramp jurnalistlərin İrana zərbə endirilməsi ehtimalı ilə bağlı sualını cavablandırarkən vurğulayıb ki, belə bir ehtiyac yaranarsa, İslam Respublikasına qarşı hərbi güc tətbiq olunacaq.
ABŞ prezidenti Omanda İranla gözlənilən məsləhətləşmələrin uzun bir prosesin yalnız başlanğıcı olacağına işarə edib. O vurğulayıb ki, Vaşinqton Tehranın nüvə silahına malik olmasına imkan verməyəcək .
Aprelin 9-da ABŞ sanksiyalar siyahısını genişləndirərək İranın nüvə proqramının inkişafı ilə əlaqəsi olan bir sıra şəxsləri əhatə edib.
Aytac