Litva Ukrayna daha 20 milyon avro xərcləyəcək

Litva Ukrayna üçün tüfəng patronlarının alınmasına 20 milyon avro xərcləyəcək. Bu barədə Litvanın müdafiə naziri Dovile Sakaliene bildirib.
"Litva Ukraynaya tüfəng patronlarının alınması üçün əlavə 20 milyon avro ayırmaq niyyətindədir. Bu, hazırda ordusunun əsas ehtiyaclarından biridir", - o, Kiyevə silah tədarükünü koordinasiya edən təmas qrupunun iclası üçün NATO-nun mənzil-qərargahında jurnalistlərə açıqlamasıda bildirib.
Nazirin sözlərinə görə, bu planın həyata keçirilməsini sürətləndirmək lazımdır.
"Bununla bağlı problemlər yayda yarana bilər, ona görə də prosesi sürətləndirmək lazımdır",- o əlavə edib.
Aytac