Dünyada ilk dəfəxilasedici pilotsuz uçan aparat istehsal olunub

Çin mürəkkəb və ekstremal şəraitdə fövqəladə xilasetmə əməliyyatlarının aparılması üçün nəzərdə tutulmuş dünyada ilk pilotsuz uçuş aparatını yaradıb. Bu barədə China Daily nəşri yazıb.
Uçuş aparatı Haishen Medical Technology şirkətinə məxsusdur və bu yaxınlarda Çində keçirilən tibbi avadanlıq sərgisində nümayiş etdirilib.
Dron real vaxt rejimində tənəffüs dəstəyi, venadaxili infuziya, həyati əlamətlərin monitorinqi, defibrilasiya və uzaqdan video monitorinq etməyə imkan verən müasir tibbi avadanlıqla təchiz edilib.
İstehsalçı şirkətin baş mühəndisinin qeyd etdiyi kimi, qurğu hətta çətin şəraitdə də yüksək dəqiqliklə axtarış-xilasetmə əməliyyatlarını yerinə yetirə bilir.
Bundan əlavə, cihaz ilk tibbi yardım göstərə və qurbanları tez bir zamanda daşıya bilər. Dronun çəkisinin 600 kiloqram olduğu və 300 kiloqrama qədər faydalı yük daşıya biləcəyi bildirilir.
Aytac