Türkiyədə metrobuslar toqquşub, yaralılar var

Türkiyənin İstanbul şəhərinin Avcılar səmtində metrobus dayanacaqda gözləyən başqa bir metrobusla toqquşub.Bu barədə “TRT Haber” xəbər verir.
Toqquşma nəticəsində meydana gələn qəzada 2-si uşaq olmaqla 21 nəfər yaralanıb.
Hadisə yerinə təcili yardım və polis çağırılıb.
Qəza səbəbindən xidmətlər dayandırılıb, metrobuslarda uzun növbələr və sərnişin sıxlığı yaranıb.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox 