Tacikistanda 6,1 bal gücündə zəlzələ

Tacikistanda 6,1 bal gücündə zəlzələ olub.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri Xucənd şəhərindən 170 km cənubda yerləşib, mənbəyi 15 km dərinlikdə olub.
Eyni zamanda, Mərkəzi Asiyada baş verən zəlzələləri izləyən Özbəkistan Fövqəladə Hallar Nazirliyinin seysmik proqnozlaşdırma mərkəzinin məlumatına görə, yeraltı təkanlar 5,8 bal gücündə olub. Düşənbənin mərkəzində bir neçə saniyə ərzində zəif təkanlar hiss olunub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur.