ABŞ-də kiçik təyyarə qəzaya uğrayıb

ABŞ-ın Nyu-York ştatında altı nəfərin olduğu yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.Bu barədə "Reuters" xəbər verir.
Hadisə nəticəsində azı bir nəfər həyatını itirib.
Məlumata əsasən, Mitsubishi MU-2B tipli təyyarə Nyu-York ştatının mərkəzindən 80 km cənubda tarlaya düşüb.
Qəzanın səbəbləri və təyyarədəki digər şəxslərin sağlamlıq vəziyyəti barədə hələlik rəsmi məlumat verilməyib.
Yerli hakimiyyət orqanları ərazidə torpağın palçıqla örtüldüyünü və bunun təyyarəyə çıxışı çətinləşdirdiyini bildiriblər.