Zelenski Trampı Ukraynaya dəvət edib

Ukrayna prezidenti Vladimir Zelenski Amerika lideri Donald Trampı ölkəyə səfərə dəvət edib. Bu barədə AFP nəşri yazıb.
“Lütfən, hər hansı bir qərar qəbul etməzdən əvvəl, hər hansı danışıqları aparmazdan əvvəl gəlin və insanlara, mülki şəxslərə, əsgərlərə, xəstəxanalara, kilsələrə, uşaqlara baxın” , - prezident bildirib.
Zelenski əlavə edib ki, Tramp Ukraynaya səfərindən sonra Rusiya prezidenti Vladimir Putinin “ölkəyə nə etdiyini” başa düşəcək.
Aprelin əvvəlində ABŞ prezidenti Donald Tramp Rusiya və Ukrayna liderləri Vladimir Putin və Vladimir Zelenskinin Rusiya ilə Ukrayna arasında münaqişənin həlli üçün saziş bağlamağa hazır olduqlarını bildirib. Amerika prezidenti əmindir ki,o, Avropa liderlərindən fərqli olaraq bu məsələdə irəliləyişə nail ola biləcək.
Aytac