Gürcüstanda çin dili ikinci xaric dil kimi tədris ediləcək

Gürcüstanda çin dili ikinci xarici dil kimi təhsil müəssisələrində tədris ediləcək. Bu barədə Gürcüstanın Təhsil,Elm və Gənclər Nazirliyinin bəyantında deyilir.
Detallar barəsində əlavə məlumat verilməyib.
2023-cü ilin yayında o vaxtkı baş nazir İrakli Qaribaşvili Gürcüstanda ibtidai və orta məktəblərdə çin dilinin tədrisinə başlanılacağını açıqlamışdı. Eyni zamanda, Tiflis və Pekin ölkələr arasında strateji tərəfdaşlıq qurduqlarını bəyan ediblər. Bu qərar Gürcüstanın Qərb tərəfdaşları tərəfindən tənqid edilib.
Gülnar
Son xəbərlər
Daha çox 