Avropa Komissiyası "Apple" və "Meta"nı cərimələyib

Avropa Komissiyası “Apple”ı 500 milyon avro, “Meta”nı isə 200 milyon avro cərimələyib.Bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Amerika korporasiyaları Aİ-nin Rəqəmsal Bazarlar Aktında müəyyən edilmiş rəqabət qaydalarını pozub:
“Hər iki qərar sözügedən şirkətlərlə müfəssəl dialoq nəticəsində qəbul edilib ki, bu da onlara öz arqumentlərini və mövqelərini təqdim etməyə imkan verib”.
Son xəbərlər
Daha çox 