ABŞ-ın 12 ştatı Trampın tariflərinə qarşı məhkəmə iddiası qaldırıb

ABŞ -da 12 ştatdan olan Demokratların baş prokurorları prezident Donald Trampın bir sıra ölkələrə tarifləri artırmasının legitimliyinə etiraz edərək məhkəməyə müraciət ediblər. Bu barədə NBC News məlumat yayıb.
Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada , Nyu Meksiko, Oreqon və Vermont rüsumların qaldırılmasını tələb edir.
"Prezident konstitusiya quruluşunu sarsıdıb və Amerika iqtisadiyyatına xaos gətirib", - iddiada deyilir.
Aprelin 2-də Tramp 185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.
Gülnar
Son xəbərlər
Daha çox 