Tramp Putini Kiyevə zərbələri dayandırmağa çağırıb

ABŞ prezidenti Donald Tramp Rusiyanın Ukraynadakı hərbi obyektlərə kütləvi zərbə endirməsindən narazı olduğunu bildirib və münaqişənin sülh yolu ilə həllinə çağırıb. Bu barədə TASS məlumat yayıb.
“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən razı deyiləm”, – ABŞ lideri özünün “Truth Social” səhifəsində yazıb.
O, Rusiya prezidenti Vladimir Putini bu cür zərbələri dayandırmağı əmr etməyə çağırıb.
Rusiya Silahlı Qüvvələri cümə axşamı səhər saatlarında Ukraynanın aviasiya, raket-kosmik, maşınqayırma və zirehli texnika sənayesinə, həmçinin raket yanacağı və barıt istehsalı obyektlərinə kütləvi hücuma keçib.
Aytac