NATO 2035-ci ilə qədər daha çox pilotsuz dəniz gəmisi istehsal etməyi planlaşdırır

Vaşinqton və onun NATO-dakı müttəfiqləri 2035-ci ilə qədər öz pilotsuz dəniz nəqliyyat vasitələrinin sayını artırmağı planlaşdırırlar. Bu Kremlin köməkçisi Nikolay Patruşev bildirib.
"ABŞ və onun NATO müttəfiqləri 2035-ci ilə qədər öz pilotsuz dəniz nəqliyyat vasitələrinin sayını əhəmiyyətli dərəcədə artırmağı və tətbiqlərini genişləndirməyi planlaşdırır", - o, Rusiyanın bu sistemlərin istehsalının artırılmasına dair iclasda deyib.
Onun sözlərinə görə, Şimali Atlantika alyansı dəniz dronlarından sualtı kommunikasiyaların və digər mühüm sualtı infrastrukturun, limanların və sahil obyektlərinin minalardan, sualtı qayıqlardan və hava təhdidlərindən qorunması kimi məqsədlər üçün istifadə etmək istəyir.
Onlar həmçinin kəşfiyyat, elektron müharibə və dənizdə döyüş əməliyyatlarında istifadə edilə bilər.
Aytac