• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Kiyev Papa Fransiskin dəfn mərasimi zamanı sammit keçirməyi təklif edib

Kiyev Papa Fransiskin dəfn mərasimi zamanı sammit keçirməyi təklif edib
25.04.2025 17:20

Ukrayna, Roma Papası Fransiskin dəfn mərasimi ilə əlaqədar dünya liderlərinin İtaliyaya səfərindən istifadə edərək, Rusiya ilə münaqişənin həlli üzrə sammitin təşkili ilə bağlı İtaliya və digər əsas Aİ müttəfiqlərinə müraciət edib. Bu barədə İtaliyanın La Repubblica qəzeti yazır.

Məqaləyə görə, Ukrayna diplomatik kanallar vasitəsilə İtaliyaya və digər Avropa tərəfdaşlarına daha geniş formatda Ukrayna üzrə sammitin keçirilməsi təşəbbüsü ilə çıxış edib. Söhbət təkcə ABŞ və Ukrayna prezidentləri – Donald Tramp və Volodimir Zelenski arasında danışıqlardan deyil, həm də ABŞ, İtaliya, Fransa, Böyük Britaniya və ehtimal ki, Almaniyanın daxil olduğu “Kvint” formatında görüşdən gedir.

Qeyd olunur ki, Almaniya hökuməti kansler Olaf Şoltsun dəfn mərasimində iştirak etmək üçün Romaya gedəcəyini və burada bir sıra ikitərəfli görüşlər keçirə biləcəyini təsdiqləyib.

ABŞ prezidenti Donald Trampın isə aprelin 25-də axşam saatlarında İtaliyaya çatacağı və aprelin 26-da yerli vaxtla saat 10:00-da keçiriləcək vida mərasimində iştirak edəcəyi bildirilir. Ağ Ev Trampın rəsmi görüşləri ilə bağlı hələlik açıqlama verməsə də, diplomatik mənbələrə əsasən, ən azı üç ikitərəfli görüş – Zelenski, Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Kir Starmer ilə – nəzərdə tutulur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Almaniya kansleri ABŞ-a səfər edəcək
Dünya 19:09
Almaniya kansleri ABŞ-a səfər edəcək
Ərdoğan və Orban telefon danışığı aparıb
Dünya 16:45
Ərdoğan və Orban telefon danışığı aparıb
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Dünya 15:48
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Dünya 14:43
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
İranda 17 tələbə qazdan zəhərlənib
Dünya 09:46
İranda 17 tələbə qazdan zəhərlənib
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Dünya 08:57
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 00:06
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Dünya 23:25
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol