• $ 1.7
  • € 1.9272
  • ₽ 0.020463
  • ₺ 0.0442
  • £ 2.2589

İspaniya işığa görə fövqəladə vəziyyət elan edə bilər

İspaniya işığa görə fövqəladə vəziyyət elan edə bilər
28.04.2025 18:51

İspaniyada hökm sürən tarixi elektrik probleminin ardınca Madrid rəhbəri İzabel Diaz Ayuso 3-cü dərəcəli fövqəladə vəziyyət elan edilməsi və ordunun ayıq-sayıqlığı məqsədilə Baş Nazir Pedro Sançesə çağırış edib.Bu barədə “Reuters” xəbər verir.

Genişmiqyaslı problem İspaniyanın əksər şəhərlərində həyatı iflic edib.

Səlahiyyətlilərin sözlərinə görə, hazırda işıqsızlıq səbəbilə araşdırmalar davam etdirilir, kiberhücum ehtimalı isə yüksək səviyyədədir.

İspaniyada üçüncü səviyyəli həyəcan elan edildikdə:

-Ordu böhranlı bölgələrə yerləşdirilir

-Nəqliyyat, təhlükəsizlik və əsas infrastruktur dəstək xidmətləri hərbi qüvvələr tərəfindən təmin edilir

-Böhranların idarə edilməsi birbaşa mərkəzi hökumət və Müdafiə Nazirliyinin səlahiyyətinə keçir

Yerli vaxtla saat 12:00-da başlayan problem İspaniya və Portuqaliyada nəqliyyat, rabitə və səhiyyə xidmətlərində böyük fasilələrə səbəb olub. Madrid metrosu boşaldılıb, qatarlar dayanıb və hava limanları fəaliyyət göstərə bilməyib.

İspaniyanın “Red Electrica” elektrik şirkəti elan edib ki, elektrik enerjisi verilişi tədricən bərpa olunur, lakin tam normal vəziyyətə düşmək üçün 6-10 saat vaxt lazım ola bilər.

Problem Fransanın sərhəd şəhərlərində və hətta Belçikanın bəzi yerlərində də qeydə alınıb. Bu isə Avropada daha geniş enerji şəbəkəsi böhranı ilə bağlı narahatlıqları artırıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kavelaşvili İrəvana səfər edib
Dünya 20:16
Kavelaşvili İrəvana səfər edib
Pakistan Hindistana xəbərdarlıq edib
Dünya 20:15
Pakistan Hindistana xəbərdarlıq edib
İspaniya işığa görə fövqəladə vəziyyət elan edə bilər
Dünya 18:51
İspaniya işığa görə fövqəladə vəziyyət elan edə bilər
Avropanın 4 ölkəsi işıqsız qalıb
Dünya 16:11
Avropanın 4 ölkəsi işıqsız qalıb
Mayın 7-də yeni Papa seçiləcək
Dünya 15:38
Mayın 7-də yeni Papa seçiləcək
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Dünya 14:22
Netanyahu mayın 8-də Bakıya səfər edə bilər
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Dünya 13:23
Türkiyədə olan miqrantların sayı açıqlanıb
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Dünya 10:32
Türkiyə Rusiyaya qarşı sanksiyaları ləğv etməyə çağırır
Türkiyədə zəlzələ olub
Dünya 23:03
Türkiyədə zəlzələ olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol