• $ 1.7
  • € 1.9241
  • ₽ 0.021054
  • ₺ 0.044
  • £ 2.2665

EPF Ermənistan QHT-lərinə və mediasına müraciət edib

EPF Ermənistan QHT-lərinə və mediasına müraciət edib
05.05.2025 18:59

 

Environmental Protection First (EPF) Koalisiyası Pəmbək (Debed) çayı ətrafında yaranmış ekoloji fəlakətlə əlaqədar bəyanat yayıb.Bu barədə Report xəbər verir.

Bəyanatda deyilir:

“Bu günlərdə “epress.am” informasiya saytının Ermənistanın Axtala və Alaverdi mədənlərinin sənaye fəaliyyəti nəticəsində Pəmbək (Debed) çayı ətrafında zəhərli tullantı sularının toplandığı hövzələrin meydana gəlməsi barədə yaydığı foto və video materiallar növbəti həyəcan siqnalıdır. Təsvirlər ərazidə ekoloji normaların gözlənilməməsi, rekultivasiya tədbirlərinin görülməməsi barədə aydın təsəvvür yaradır. İctimailəşmiş faktlar bir daha göstərir ki, Ermənistanın dağ-mədən sənayesi fəaliyyəti bütün bölgəni təhlükəyə atır. Biz Ermənistanın “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sinin Axtala və Alaverdi mədənləri ilə əlaqədar qaldırdığı məsələni, ətraf mühitin və ərazidə yerləşən yaşayış məntəqələrində insanların sağlamlığının qorunması üçün təşəbbüslərini təqdir edirik.

Yayılmış məlumatlardan aydın olur ki, Alaverdi mədəni ətrafındakı tərkibində arsen olan böyük ərazini əhatə edən tullantı poliqonu Ermənistanda dövlətə məxsus olsa da, ərazidə heç bir tədbir görülmür. Bu faktlar bir daha göstərir ki, Ermənistan hakimiyyəti kobud ekoloji pozuntularla müşayiət olunan dağ-mədən sənayesi fəaliyyətini dayandırmaq niyyətində deyil. Environmental Protection First (EPF) Koalisiyası olaraq, “İcma Müqaviməti və Töhfə Mərkəzi” QHT-sini, “epress.am” informasiya saytının redaksiyasını ərazidə beynəlxalq ekspertiza, monitorinq təşkil etməyə dəvət edirik.

Environmental Protection First (EPF) Koalisiyasının peşəkar mütəxəssisləri Ermənistanın dağ-mədən müəssisələrində ekoloji monitorinqlər keçirməyə hazırdır. Biz Ermənistanın Baş naziri Nikol Paşinyanı bir daha vətəndaş cəmiyyətinin tələblərinə diqqət yetirməyə, Ermənistanın dağ-mədən müəssisələrinin qapılarını Azərbaycan ekoloqları daxil olmaqla, beynəlxalq monitorinq qrupunun üzünə açmağa çağırırıq”.

Qeyd edək ki, bu yaxınlarda “Ermənistan Ekoloji Cəbhəsi” də sosial mediada həyəcan təbili çalıb ki, Ermənistanda Dastakert mədəninin yaxınlığındakı yaşayış məntəqəsi xarabaya çevrilib, burada əhali 30 dəfə azalaraq 200 nəfərə enib. Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələrini araşdıran “Environmental Protection First” (EPF) Koalisiyasının tərtib etdiyi interaktiv rəqəmsal xəritədə göstərilir ki, həmin mis-molibden xammal yatağı “Molibdeny Ashxarh” LLC şirkəti tərəfindən istismar olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
PKK terror təşkilatı ləğv olunur - KİV
Dünya 21:12
PKK terror təşkilatı ləğv olunur - KİV
İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
Dünya 20:10
İrəvanda iki təyyarə qasırğa səbəbindən eniş edə bilmir
ABŞ-İran danışıqlarının 4-cü raundu başa çatıb - Yenilənib
Dünya 17:49
ABŞ-İran danışıqlarının 4-cü raundu başa çatıb - Yenilənib
ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək
Dünya 17:43
ABŞ dövlət katibi Türkiyəyə səfər edəcək
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Dünya 17:06
Roma Papası Ukrayna və Qəzza ilə bağlı çağırış edib
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
Dünya 16:54
Britaniya kəşfiyyatının rəhbəri ilk dəfə qadın olacaq - KİV
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Dünya 15:15
Ankara Rusiya-Ukrayna danışıqlarını qəbul etməyə hazırdır - Ərdoğan
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Dünya 14:27
Rusiya Ukraynada hərbi əməliyyatları bərpa edib
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Dünya 11:34
Tramp miqrantların özünü deportasiya proqramını təsdiqləyib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol