• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Azərbaycan səfirliyinə hücum edən şəxsin edamının gecikməsinə aydınlıq gətirilib

Azərbaycan səfirliyinə hücum edən şəxsin edamının gecikməsinə aydınlıq gətirilib
06.05.2025 10:51

İran əmindir ki, Azərbaycanın İrandakı səfirliyində terror törədən şəxslə bağlı verilən höküm icra olunacaq. Bunu İranın Xarici İşlər Nazirliyinin Siyasi və Beynəlxalq Araşdırmalar Mərkəzinin (IPIS) rəhbəri, nazir müavini Səid Xətibzadə Bakıda jurnalistlərə açıqlamasında bildirib. 

“Səfirliyə hücum acı bir hadisədir. Həm polis, həm də məhkəmə tərəfindən çox geniş istintaq aparılıb.  Bu məsələ xüsusi şikayət əsasında tənzimlənir və Azərbaycanın İrandakı səfirliyi bu məsələ ilə maraqlanır. Əminəm ki, ədalət qələbəsini çalacaq və hökm icra olunacaq”, - Səid Xətibzadə  vurğulayıb.

Yanvarın 22-də  İranın Məhkəmə Sisteminin sözçüsü Əsgər Cahangir bu gün Tehranda keçirilən mətbuat konfransında deyib ki, Azərbaycan səfirliyində teror aktı törədən Yasin Hüseynzadənin işi Ali Məhkəmə tərəfindən təsdiqləyib. İş icraata götürülməsi üçün Tehranın Cinayət Məhkəmələrinə göndərilib və zərərçəkən tərəfin valideynləri gəlib qisas tələb edən kimi növbəti addımlar atılacaq.

Bakı ilə Tehran arasında münasibətlər 2023-cü ilin yanvarında Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın nəticəsində diplomatik missiyanın mühafizə rəisinin həlak olması və onun iki həmkarının yaralanmasından sonra xüsusilə gərginləşib.

Hadisədən sonra Azərbaycan səfirliyi diplomatik fəaliyyətini dayandırıb, əməkdaşları və onların ailə üzvləri Azərbaycana təxliyə edilib. Rəsmi Bakı Tehranın son vaxtlar Azərbaycanla sərhəddə təşkil etdiyi irimiqyaslı hərbi təlimləri də qeyri-dost addım kimi qiymətləndirir. Bundan əlavə, Bakı martın sonunda Azərbaycan parlamentinin deputatı Fazil Mustafanın həyatına sui-qəsddə İranın əli olduğunu açıqlayıb.

Aprelin 6-da İranın Bakıdakı səfirliyinin 4 əməkdaşı persona non-qrata elan edilərək 48 saat ərzində Azərbaycanı tərk etmələri barədə göstəriş verilib.

Bundan sonra iki ölkə arasında münasibətlər bərpa olunub. Hazırda Azərbaycanın Tehrandakı səfirliyi öz işini davam etdirir. 

Aytac Zeynalova

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Almaniya kansleri ABŞ-a səfər edəcək
Dünya 19:09
Almaniya kansleri ABŞ-a səfər edəcək
Ərdoğan və Orban telefon danışığı aparıb
Dünya 16:45
Ərdoğan və Orban telefon danışığı aparıb
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Dünya 15:48
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Dünya 14:43
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
İranda 17 tələbə qazdan zəhərlənib
Dünya 09:46
İranda 17 tələbə qazdan zəhərlənib
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Dünya 08:57
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 00:06
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Dünya 23:25
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol