• $ 1.7
  • € 1.9343
  • ₽ 0.021262
  • ₺ 0.0436
  • £ 2.3044

Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib - Yenilənib

Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib - Yenilənib
07.05.2025 23:33

Vatikanda Konklavın ilk səsverməsində yeni Roma Papası seçilməyib.

Sistina Kapellasının bacasından çıxan qara tüstü bunu təsdiqləyib.


Bu o deməkdir ki, 133 kardinaldan ibarət Konklav üzvləri ilk səsvermə zamanı yekdil qərara gələ bilməyiblər və Papa seçkisi prosesi davam edəcək.Yeni Papa seçilənədək gündə maksimum dörd səsvermə keçiriləcək.

Yeni Papa seçildikdə Sistina Kapellasının bacasından ənənəvi olaraq ağ tüstü çıxacaq.

Bu proses Konklavın yekdil qərar qəbul etdiyini simvolizə edir.

21:00

Yeni Roma Papasını seçəcək konklav (Papanın seçilməsi məqsədilə toplanan kardinallar yığıncağı) Vatikanın Sikstin kapellasında başlayıb.Bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Papa məhkəməsinin baş mərasim ustası kapellanın qapıları bağlanmadan əvvəl "Hamı çölə!" sözlərini söyləyib. Bu ifadə konklavın rəsmi olaraq başladığını və kənar şəxslərin zaldan çıxmalı olduqlarını bildirir.

Qapıların bağlanmasından sonra kardinallar yeni Papanı seçmək üçün müzakirələrə başlayacaqlar.

Roma Papası Fransisk aprelin 21-də 88 yaşında dünyasını dəyişib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Kanadada meşə yanğınlara görə 20 mindən çox insan təxliyə edilib
Dünya 20:46
Kanadada meşə yanğınlara görə 20 mindən çox insan təxliyə edilib
İsrail ABŞ-nin Qəzzada atəşkəs təklifini qəbul edib
Dünya 19:54
İsrail ABŞ-nin Qəzzada atəşkəs təklifini qəbul edib
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb- KİV
Dünya 19:06
İsrail Qəzzada atəşkəslə bağlı ABŞ-dən təklif alıb- KİV
Aİ Hindistanla birlikdə hərbi təlimlər keçirəcək
Dünya 18:58
Aİ Hindistanla birlikdə hərbi təlimlər keçirəcək
Mask vəzifəsini tərk edir
Dünya 11:48
Mask vəzifəsini tərk edir
Zelenski Almaniya səfərini yarımçıq dayandırıb? – Kiyev təkzib edir
Dünya 09:35
Zelenski Almaniya səfərini yarımçıq dayandırıb? – Kiyev təkzib edir
Moskvada pilotsuz aparatların qalıqları yaşayış binasına ziyan vurub — mer
Dünya 09:04
Moskvada pilotsuz aparatların qalıqları yaşayış binasına ziyan vurub — mer
ABŞ “Amerikanın Səsi”ni bağlayır – bütün heyət işdən çıxarılır
Dünya 08:50
ABŞ “Amerikanın Səsi”ni bağlayır – bütün heyət işdən çıxarılır
Türkiyə və Rusiya Ukrayna danışıqlarını müzakirə edib
Dünya 08:35
Türkiyə və Rusiya Ukrayna danışıqlarını müzakirə edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol