• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər

Hakan Fidan və Marko Rubio regional məsələləri müzakirə ediblər
12.05.2025 23:15

Türkiyənin xarici işlər naziri Hakan Fidan amerikalı həmkarı, ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığı aparıb.Bu barədə “TRT Haber” məlumat verib.

Danışıq zamanı ikitərəfli münasibətlərlə yanaşı, Suriya, Qəzza zolağı və Ukrayna daxil olmaqla bir sıra regional məsələlər müzakirə edilib.

Nazir Hakan Fidan Suriyada sabitliyin və rifahın təmin olunması baxımından bu ölkəyə qarşı tətbiq edilən sanksiyaların ləğv edilməsinin vacibliyini vurğulayıb,həmçinin ABŞ vətəndaşı Edan Aleksandrın HƏMAS tərəfindən azad edilməsinin əhəmiyyəti qeyd olunub.

Tərəflər eyni zamanda planlaşdırılan Rusiya–Ukrayna danışıqları barədə fikir mübadiləsi aparıblar.

Söhbət zamanı 14–15 may tarixlərində Antalyada keçiriləcək NATO-nun Qeyri-rəsmi Xarici İşlər Nazirləri Toplantısı çərçivəsində dövlət katibi Marko Rubionun Türkiyəyə planlaşdırılan səfərinin detalları da müzakirə olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
İsrail Ordusu Qəzzada HƏMAS-ın komandirini zərərsizləşdirib
Dünya 18:14
İsrail Ordusu Qəzzada HƏMAS-ın komandirini zərərsizləşdirib
Ukrayna Quru qoşunlarının komandanı istefa verib
Dünya 18:00
Ukrayna Quru qoşunlarının komandanı istefa verib
Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyəyə yola düşüb
Dünya 17:10
Rusiya nümayəndələri Ukrayna ilə danışıqlar üçün Türkiyəyə yola düşüb
Ukrayna Rusiyanın 40-dan çox təyyarəsini məhv edib - Video
Dünya 16:30
Ukrayna Rusiyanın 40-dan çox təyyarəsini məhv edib - Video
Türkiyədə iki zəlzələ olub
Dünya 15:06
Türkiyədə iki zəlzələ olub
Rusiyada dəmir yolunda daha bir partlayış baş verib
Dünya 14:12
Rusiyada dəmir yolunda daha bir partlayış baş verib
Putin və Paşinyan arasında telefon danışığı olub
Dünya 13:18
Putin və Paşinyan arasında telefon danışığı olub
Rusiyada körpü partladılıb - Ölən və yaralananlar var
Dünya 10:16
Rusiyada körpü partladılıb - Ölən və yaralananlar var
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol