İsrail ordusu HƏMAS-ın əsas maliyyəçilərindən birini öldürdüyünü açıqlayıb

İsrail ordusu Qəzza zolağında Fələstinin radikal HƏMAS hərəkatının əsas maliyyəçilərindən birini öldürüb.Bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, hədəfi Caser Hüseyn Əli Şamiya olan xüsusi əməliyyat bir həftə əvvəl Qəzza şəhərində İsrailin Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilib.
İsrail hərbçilərinin məlumatına əsasən, o, HƏMAS-ın hərbi qanadı üçün vəsait toplamaqdan məsul olub və əvvəllər hərəkatın Qəzza briqadasında batalyon komandiri olub.