Hakan Fidanla Rusiya nümayəndə heyəti arasında görüş keçirilir - Yenilənib

İstanbulda Türkiyənin xarici işlər naziri Hakan Fidan və Rusiya Prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinskinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilir.Bu barədə “RİA Novosti” mənbələrə istinadən məlumat yayıb.
***
Bu gün axşam saatlarında Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya Prezidentinin köməkçisi Vladimir Medinskinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşəcək.Bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli məlumat verib.
Sözçü bildirib ki, görüş İstanbulda Dolmabahçe sarayında baş tutacaq.