Tramp hara gedəcəyini hələ də müəyyənləşdirməyib

ABŞ Prezidenti Donald Tramp Birləşmiş Ərəb Əmirliklərində keçirilən sammitdən sonra səfər planlarını hələ də dəqiqləşdirmədiyini bildirib.
“Bizə zəng edirlər. ‘Bura gələ bilərsiniz? Ora çata bilərsiniz?’ Amma çox güman ki, Vaşinqtona qayıdacağıq”, – Tramp jurnalistlərə açıqlama verib.
Tramp daha əvvəl bəyan etmişdi ki, əgər Rusiya Prezidenti Vladimir Putin İstanbulda Rusiya-Ukrayna danışıqlarında iştirak etsə, o da ora gedə bilər.
ABŞ-ın dövlət katibi Marko Rubio bildirib ki, Tramp Vaşinqtona qayıtdıqdan sonra onun Putinlə mümkün görüşünün vaxtı və formatı müzakirə olunacaq.
“Gözləyək, sabahkı danışıqlarda nə baş verəcək, sonra qərar veriləcək”, – o əlavə edib.
N.Təbrizli