Hakan Fidan İstanbul danışıqlarının təfərrüatlarını açıqladı

Türkiyənin xarici işlər naziri Hakan Fidan Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda baş tutan görüşün nəticələri barədə açıqlama verib.Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Bu gün sülhə nail olmaq üçün mühüm bir gündür. İntensiv diplomatik səylər sayəsində Rusiya və Ukrayna nümayəndə heyətləri Türkiyənin vasitəçiliyi ilə İstanbulda bir araya gəldi. Görüşün sonunda etimadı gücləndirmək üçün 1000-ə 1000 mübadilə formatı ilə bağlı razılıq əldə etdilər.Onlar həmçinin atəşkəsə nail olmağa imkan verəcək şərtlərin yazılı mübadiləsinə razılaşdılar.
Tərəflər yeni görüşlə bağlı da prinsipial razılığa gəliblər. Türkiyə Rusiya ilə Ukrayna arasında davamlı sülhün əldə olunması üçün mümkün olan hər cür səyi davam etdirəcək”, - nazir qeyd edib.
Son xəbərlər
Daha çox 