İsrailin müdafiə naziri Husi lideri Əl-Husini məhv etməklə hədələyib

İsrail Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” hərəkatının hücumlarına cavab olaraq zərbələr endirməyə davam edəcək və hərəkatın lideri Əbdülməlik əl-Husini məhv etməyə hazırdır.Bunu İsrailin müdafiə naziri İsrael Katz deyib.
"Dediyimiz kimi, husilər İsrailə raket atmağa davam etsələr, ağır zərbələr alacaqlar. Qəzzada əl-Deyfi və Sinvarı, Beyrutda Nəsrullahı və Tehranda Həniyəni vurduğumuz kimi terrora rəhbərlik edənləri də vuracağıq. Yəməndə də Əbdülməlik əl-Husini ovlayacaq və məhv edəcəyik. Biz özümüzü istənilən hücuma qarşı müdafiə edəcəyik.", - o bildirib.
Son xəbərlər
Daha çox 