ABŞ-da tornado nəticəsində 21 nəfər ölüb, çox sayda yaralı var

ABŞ-ın Missuri və Kentukki ştatlarında tornado nəticəsində azı 21 nəfər ölüb,onlarla insan yaralanıb.Bu barədə “NBC News” məlumat yayıb.
Səlahiyyətlilər ölən və yaralananların sayının artacağını bildirir.Axtarış-xilasetmə əməliyyatları davam edir.
Tornado nəticəsində binaların damları qopub, ağaclar aşıb, kommunal xətlər sıradan çıxıb.
Kentukki ştatında 103 mindən çox, Missuridə isə 85 min ev işıqsız qalıb.
Son xəbərlər
Daha çox 