İsrail və Türkiyə Suriyada toqquşmanı dayandırır -Bakıda razılaşma

İsrail və Türkiyə Suriyada mümkün hərbi insidentlərin qarşısını almaq məqsədilə birbaşa əlaqə kanalı yaratmaq barədə razılığa gəlib. Bu barədə Middle East Eye nəşri xəbər verib.
Bu mexanizm hər iki ölkənin rəsmiləri arasında apreldə Azərbaycanda keçirilən görüşlərdə razılaşdırılıb.
Məlumata görə, həmin ay Suriyada yaranan insidentlərə dərhal reaksiya vermək üçün 24 saat fəaliyyət göstərən “qaynar xətt” istifadəyə verilib.
Tərəflər İsrail və Türkiyə qüvvələrinin Suriyanın şimalında toqquşmasının qarşısını almağa yönəlmiş bir sıra prinsiplər üzərində razılaşıblar.
İsrail isə ölkənin cənub hissəsinin demilitarizasiya olunmasında israrlıdır.
Mənbəyə görə, İsrail Türkiyə tank və piyadalarının Suriyada yerləşməsinə prinsipial olaraq etiraz etmir, lakin Ankaradan İsrail hərbi hava qüvvələrinin hərəkətlərini izləyə biləcək HHM sistemləri və radarlar qurmamağı tələb edir.
Xüsusi diqqət danışıqlarda Palmiraya yaxın əraziyə yönəlib. Bu bölgədə yerləşən T4 hərbi hava bazasından əvvəllər İranın SEPAH qüvvələri və “Hizbullah” logistik dəhliz kimi istifadə edirdi. İsrail bu bazanı strateji təhdid hesab edir və ona dəfələrlə aviazərbələr endirib.
Apreldən bəri dörd danışıqlar raundu baş tutub, beşinci görüş mayın sonunda planlaşdırılıb.
Israel Hayom yazır ki, Bakı danışıqları nəticəsində İsrail və Türkiyə Suriyada hərbi fəaliyyətin koordinasiyası ilə bağlı prinsipial razılıq əldə ediblər.
N.Təbrizli
Son xəbərlər
Daha çox 