Tramp Apple-ı tariflərlə hədələyib

ABŞ prezidenti Donald Tramp “Apple”ı ABŞ hüdudlarından kənarda “iPhone” istehsal edərsə, 25% rüsum tətbiq edəcəyi ilə hədələyib. Bu barədə o, Truth Social sosial şəbəkəsində yazıb.
Ağ Ev rəhbəri bildirib ki, o, Apple-ın baş direktoru Tim Kuka ABŞ-da satılan iPhone-ların Hindistanda və ya başqa yerdə deyil, ABŞ-da istehsal edilməsi lazım olduğunu deyib. Əks halda, şirkət ABŞ-a ən azı 25% rüsum ödəməli olacaq.
Daha əvvəl bildirilmişdi ki, Tramp Kukdan qeyri-adi tələb edib - şirkətin Hindistanda istehsal gücünün genişləndirilməsini dayandırmaq, bu, Apple-ın iPhone yığımını Çindən çıxarmaq strategiyasını poza bilər.
Aytac
Son xəbərlər
Daha çox 