Moskva hava limanlarında müvəqqəti məhdudiyyətlər tətbiq edilib

Rusiyanın Moskva şəhərində Şeremetyevo, Jukovski və Domodedovo hava limanlarının fəaliyyətinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib.Bu barədə Rosaviasiya məlumat yayıb.
"Domodedovo və Jukovski hava limanlarında saat 02:00-dan etibarən təyyarələrin gəliş-gedişinə müvəqqəti məhdudiyyətlər tətbiq edilib", - deyə qeyd edilib.
Yerli vaxtla saat 02:00-dan Şeremetyevo hava limanında da məhdudiyyətlər tətbiq edilib. Saat 01:17-dən etibarən Vnukovo hava limanında müvəqqəti məhdudiyyətlər qüvvədədir. Beləliklə, bütün paytaxt hava limanlarında məhdudiyyətlər qüvvədə olub.
Saat 02:25-də Domodedovo və Jukovski hava limanlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb. Moskva vaxtı ilə saat 02:35-də Şeremetyevo hava limanında məhdudiyyətlər götürülüb.