Aİ Suriyaya qarşı bütün iqtisadi sanksiyaları ləğv edib

Avropa İttifaqı (Aİ) Suriyadan bütün iqtisadi sanksiyaların götürüldüyünü, həmçinin ölkənin 24 qurumunun, o cümlədən Mərkəzi Bankın qara siyahıdan çıxarıldığını elan edib.Bu barədə Avropa İttifaqı Şurası məlumat yayıb.
"Aİ Şurası Suriyaya qarşı bütün iqtisadi məhdudlaşdırıcı tədbirlərin ləğvi ilə bağlı hüquqi sənədlər qəbul edib. Həmçinin, Suriya Mərkəzi Bankı, neft hasilatı və pambıq emalı sahəsində fəaliyyət göstərən şirkətlər də daxil olmaqla, 24 şirkət qara siyahıdan çıxarılıb", - məlumatda bildirilib.
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas bu qərarı düzgün adlandırıb.
"Bu qərar belə tarixi bir zamanda Aİ üçün düzgün idi. Bu, Suriyanın bərpasını və bütün suriyalıların arzularına cavab verən siyasi keçidi səmimi şəkildə dəstəkləməyə yönəlib. Aİ son 14 il ərzində Suriya xalqını dəstəkləyib və bunu davam etdirəcək", - Kallas qeyd edib.
Son xəbərlər
Daha çox 