Moldova Qutsulun aktivlərini dondurub

Moldova Vergi Xidməti Qaqauz Muxtar Vilayətinin rəhbəri Yevgeniya Qutsul və onu müşayiət edən şəxslərin aktivlərini dondurub.Bu barədə TASS məlumat yayıb.
Məlumata görə,buna səbəb Moldovanın 2024-cü il avqustun 1-də həyata keçirməyi öhdəsinə götürdüyü Aİ sanksiyaları olub.
Qutsul martın 25-də seçki fondlarının saxtalaşdırılması, qanunsuz maliyyələşdirmə və yalan ifadə vermə işi ilə bağlı saxlanılmışdı. Moldova məhkəməsi Qutsulu 20 sutka müddətinə həbs edib,daha sonra o, ev dustaqlığına buraxılmışdı.
Son xəbərlər
Daha çox 