Kartalkayadakı yanğın ilə bağlı ittiham olunan 13 nəfərə 1 998 il həbs cəzası istənilib

Türkiyənin Bolu vilayətində yerləşən “Kartalkaya” Xizək Mərkəzində hoteldə baş verən yanğınla bağlı hazırlanan iddianamə qəbul edilib.Bu barədə Türkiyə KİV məlumat yayıb.
Məlumata görə, sənəddə hotel yanğını səbəbilə saxlanılan 13 şübhəlinin 1998 ilə qədər, 19-nun isə 22 il 6 aya qədər həbs tələbi istənilib.
Hadisə yanvarın 21-də baş verib. Hoteldə ümumilikdə 238 qonaq olub. Yanğın nəticəsində 78 nəfər ölüb, 50-yə yaxın şəxs xəsarət alıb.
Son xəbərlər
Daha çox 