• $ 1.7
  • € 1.9286
  • ₽ 0.022033
  • ₺ 0.0433
  • £ 2.2896

Ərdoğan və Zelenski arasında telefon danışığı olub

Ərdoğan və Zelenski arasında telefon danışığı olub
31.05.2025 00:06

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.Bu barədə “TRT Haber” xəbər verir.

Danışıq zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

Prezident Ərdoğan söhbət zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və qalıcı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu bildirib.

O, İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə zəmin yaradacağını vurğulayıb.

Ərdoğan nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra rəhbərlik səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesinə faydalı olacağını və bunun çox gecikmədən baş tutmasının lazım olduğunu deyib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Dünya 21:59
Türkiyədə yol qəzasında 15 nəfər yaralanıb
Almaniya kansleri ABŞ-a səfər edəcək
Dünya 19:09
Almaniya kansleri ABŞ-a səfər edəcək
Ərdoğan və Orban telefon danışığı aparıb
Dünya 16:45
Ərdoğan və Orban telefon danışığı aparıb
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Dünya 15:48
Almaniyada yüngül mühərrikli təyyarə evə düşüb
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
Dünya 14:43
Yaponiyada 6,1 maqnitudalı zəlzələ olub
İranda 17 tələbə qazdan zəhərlənib
Dünya 09:46
İranda 17 tələbə qazdan zəhərlənib
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Dünya 08:57
Ali Məhkəmə Trampa 500 mindən çox miqrantı deportasiya etməyə icazə verib
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Dünya 00:06
Ərdoğan və Zelenski arasında telefon danışığı olub
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Dünya 23:25
Tramp Maska Ağ Evin qızıl açarını təqdim edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol